Türkiyə səfiri Gəncə şəhərində olub

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Gəncə şəhərinə işgüzar səfər edib. SİA-nın verdiyi məlumata görə, Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral Gəncə şəhərinə səfəri çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonağı Azərbaycanın qədim mədəniyyət və sənaye şəhəri olan Gəncədə görməkdən məmnun olduğunu bildirib. Görüşdə hər iki qardaş ölkənin iqtisadi, mədəni və digər sahələrdə uğurla davam edən əlaqələrindən söhbət açılıb. Bu əlaqələrin genişləndirilməsi üçün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə geniş potensial imkanlar olduğu diqqətə çatdırılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...