Parlament bələdiyyələrlə bağlı illik məruzəni qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə iş mərkəzinin - bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunub. SİA-nın xəbərinə görə, müzakirələr zaman çıxış edən deputat Çingiz Qənizadə bildirib ki, “İctimai iştirakçılıq haqqında” qanun qəbul edilməzdən 7-8 il öncə Ədliyyə Nazirliyində ictimai komitə yaranmışdı: “Burada aparılan islahatlar şəffaflıq, ictimai komitənin üzvlərinin iştirakı ilə həyata keçirilir. Ona görə də Ədliyyə Nazirliyinin digər orqanlarında müəyyən ictimai bnəzarəti həyata keçirməklə bağlı həm də bələdiyyələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən orqanın fəaliyyəti ilə də yaxından tanışam. Mən bugünkü hesabata qədər də müəyyən faktlara malikiydim”.

Deputat qeyd edib ki, bu qurumda son illərdə aparılan işlər birdən-birə sıçrayışla özünü göstərməyə başladı: “Biz bir fakta nəzər salsaq görərik ki, 2017-ci ildə inzibati nəzarət qaydasında Ədliyyə Nazirliyinə daxil olmuş 62618 bələdiyyə aktının baxılması, buna qiymət verilməsi bu orqanda nə qədər ağır iş yükünün olması deməkdir. Yəni, bunlardan təxminən 60 mininə baxılıb və müsbət dəyərləndirilib. Amma yerdə qalan 740-ı ləğv edilib, 714-ü dəyişdirilib və bir neçəsi isə məhkəməyə göndərilib. 60 min ərizəyə bir orqan tərəfindən yoxlanılması ciddi faktdır”.

Müzakirələrdən sonra məruzə qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...