Putin və Tramp arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla görüşü zamanı bildirib.

Vladimir Putin ABŞ prezidenti ilə İsrail-Fələstin münaqişəsinin həlli məsələsini də müzakirə etdiklərini qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə