Naxçıvan Ali Məhkəməsinə hakim təyin edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında Qasım Vəli oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb. SİA-nın verdiyi xəbərə görə, iclasda bildirilib ki, layihə parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Q.Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib. O, 2008-ci ildən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri idi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə