Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib

Milli Məclis Ramiz Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsi məsələsinə baxılıb. SİA-nın xəbərinə görə, layihə parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub. Layihə ilə Ali Məhkəmənin hakimi səlahiyyətləri müddəti 2018-ci il fevralın 25-də bitən Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin olunub.

Qeyd edək ki, R.Rzayev 2005-ci ildən Ali Məhkəmənin sədridir.

Milli Məclisdə qərarla bağlı fikirlərini bildirən Ramiz Rzayev ona verilən etimadı doğruldacağını qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə