“Hər bir vətəndaş Ali Baş Komandanın əmrinə hazır olmalıdır" AÇIQLAMA

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Sərəncamı ilə 2012-ci ilin 13 fevral tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır”. SİA-nın verdiyi məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib.

Xidmət rəisinin sözlərinə görə, qurum qarşısında qoyulmuş mühüm tapşırıqlar qurumun əməkdaşları tərəfindən layiqli şəkildə yerinə yetirilir: “Təbii ki, bundan sonra da qarşımıza qoyulan bütün tapşırıqların hamısı yüksək səviyyədə icra olunacaqdır”.

A.Rəhimov əlavə edib ki, bu gün ölkəmiz müharibə şəraitindədir: “Azərbaycan Respublikasının hər bir vətəndaşı bu gün Ali Baş Komandanımızın əmrinə hazır olmalıdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsas vəzifələrindən biri səfərbərlik işinin təşkilidir. Qurum yaranan gündən bugünə qədər də bu tapşırıqların icra edilməsi ilə bağlı bütün lazımi tədbirləri həyata keçirib və keçirməkdədir. Silahlı Qüvvələrin müvafiq strukturları ilə də bu iş daim aparılır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə