"A-xe-ce-pe"çilərin Lələtəpə “məntiqi” FOTOFAKT

Yaxud Nurəddin Məmmədlinin ucuz kərimovçuluğu

Əli Kərimlinin sədri olduğu AXCP və bu radikal müxalifət partiyasının sözdə “rəsmiləri” zaman-zaman Azərbaycan dövlətinin və hakimiyyətinin bütün sahələrdə əldə etdiyi davamlı uğurları siyasi korluqları vasitəsi ilə ört-basdır etməyə cəhdlər göstərirlər. Söz yox ki, ümumulikdə Ə.Kərimlinin mövcud olduğu yerdə onun ətrafı da məhz özükimilərdən ibarətdir və bu, bir reallıqdır. Lakin bir çox hallarda bu reallıq o qədər cılız və ucuz görünür ki, bunun da səbəblərindən biri onların daxillərində formalaşmış xəyanət sindromlarıdır. Vətənə, dövlətə, xalqa xəyanət etmək Ə.Kərimlinin və ətrafının boyuna biçilib sanki.

Əli Kərimli yaxın ətrafını qurban verir öz yaxasını isə kənara çəkir

O da əbəs deyil ki, Kərimlinin sədri olduğu AXCP adlı dırnaqarası siyasi qurum hətta şeytanla belə, əməkdaşlığa getməyə hazır olduğunu dəfələrlə sübuta yetirib. Xarici ölkələrdə fəaliyyət göstərən və əsasında erməni lobbisinin dayandığı təşkilatlardan gizli yollarla maliyyə dəstəyi alan Ə.Kərimli hətta buna görə öz yaxın ətrafını da qurban verir və öz yaxasını necə deyərlər, kənara çəkir. Misal üçün, Nardaran hadisələri zamanı Kərimlinin müavini Fuad Qəhrəmanlını qabağa verərək, radikal və satqın dindarların “lideri” Tale Bağırzadəyə dəstək göstərməsini, sonradan isə həbs edilməsini, digər müavini Gözəl Bayramlını Gürcüstana göndərərək, oradakı erməni emissarlarından külli miqdarda pul aldıraraq, Azərbaycana qanunsuz şəkildə keçirmək istərkən həbs olunmasını, eləcə də onlarla gəncin həyatlarını, gələcəklərini zəhərləyərək, radikallaşdıraraq yanlış yollara sövq etməsini, o cümlədən, yüzlərlə bənzər faktları göstərə bilərik. Bütün bunlar bilavasitə axecepeçilərin ucuz “məntiqlərinin” aşkar göstəricisidir.

Azərbaycan Ordusunun aprel zəfərinə iftiraları da Əli Kərimli və ətrafı atıb, sonradan isə həmin iftiralar erməni mediasında tirajlanıb

Bu arada biz növbəti dəfə AXCP “məntiqinin” şahidi olduq. Lakin bu mövzunu açıqlayana qədər bəzi xatırlatmalar da etmək istərdik. Belə ki, 2016-cı ilin aprelində Azərbaycanın şanlı Ordusu böyük masştablı hərbi əməliyyatlar keçirərək, işğalçı Ermənistanın və separatçıların təxribatlarının qarşı sarsıdıcı zərbə endirərkən və ərazilərimizin bir hissəsi işğaldan azad edilərkən radikal müxalifət bu uğurlarımıza qara yaxmağa cəhdlər göstərdi. Hətta Ə.Kərimli FB bloggeri qismində, “Milli Şura”nın reneqat “başbiləni” Gültəkin Hacıbəyli heç bir məntiqi olmayan “müahizələr” irəli sürərək, Ordumuza qarşı iftiralar səsləndirdilər. Hətta iş o yerə çatdı ki, düşmən ölkənin mediası onların ifadələrini öz xeyirlərinə tirajladılar.

AXCP sədrinin müavini Nurəddin Məmmədli 2016-cı ildə Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsini “işğal” olaraq qiymətləndirib!

İndi isə qayıdaq əsas mövzuya və bu dəfə Ə.Kərimlinin sözün əsl mənasında ayağısürüşkən və maymaq müavini Nurəddin Məmmədlinin FB-dəki sərsəm statusuna diqqət yetirək. Məsələ ondadır ki, AXCP-nin rayon şöbələri tamamilə fəaliyyətsiz vəziyyətdədir və bunun da səbəbi insanların belə bir xəyanətkar siyasi quruma nifrətidir. Yəni biz bunu baş verən kütləvi istefalardan da görməkdəyik. Bu baxımdan, digər rayonlarda olduğu kimi, AXCP-nin Şəki şöbəsi də demək olar ki, adamsız qalıb. Bunu gizlətməkdən ötrü isə N.Məmmədli öz təbirincə “siyasi mesaj” verdiyini sanaraq, cəbhənin Şəki rayon şöbəsinin “işğal” olunduğunu iddia edib və 2016-cı ildə azad olunmuş Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsini “işğal” olaraq qiymətləndirib. N.Məmmədlinin bu qədər zərərli və xain fikirləri isə belədir: “Lələtəpədən sonra AXCP-nin Şəki şöbəsinin qərargahı zəbt olundu” (???!!!-R.N.) Bu cılız “adam” belə öz dar düşüncəsi ilə belə sanır ki, Lələtəpə yüksəkliyi işğaldan azad edilməyib, əksinə “işğal” olunub. Bununla erməni dəyirmanına su tökən N.Məmmədli öz içindəki erməni sevdasını açığa çıxarmış olub.

Sosial şəbəkə istifadəçiləri Nurəddin Məmmədlinin statusunu hiddətlə qarşıladılar

Onu da qeyd edək ki, AXCP-nin sədr müavininin sözügedeən fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən hiddətlə qınanılıb və o, sərt şəkildə qınanılıb. Məsələn, qhtxeber-in baş redaktoru Sənan Nəcəfov yazır: “Bunların mahiyyəti, ağılı və düşüncəsi budur. Siyasi mesaj verir guya, bu heyvan...şünas. Anlamır ki, özü boyda səhv buraxıb. Bu heyvan...şünasa deyən lazım ki, Lələtəpə zəbt olunmayıb..."Lələtəpənin azad edilməsini hansısa rayon təşkilatının ofisinin bağlanması ya boşaldılması ilə eyni tutan bir məxluqun siyasətdə nə işi var?"-sualı çox yumşaqdı məncə. Konkret ...məlidir”.

Sosial şəbəkə istifadəçisi Könül Məmmədova isə fikirlərini bu cür qeyd edib: “Beyin yerinə boş balon gəzdirirlər sanki başlarında. Adam nə qədər taxtabaş olmalıdır ki, etdiyi səhvi anlamasın”.

Anar Şahmurad: “Bu statusla AXCP-nin "başbilənləri" ermənipərəst dairələr tərəfindən maliyyələşdirildiklərini, erməniyə xidmət etdiklərini və ermənipərəst qüvvələrin əlinin altında əmr qulu olduqlarını etiraf ediblər. Özləri də qanmadan!”.

Nailə İsmayılova: “Bunların ağlına dua yazılmalıdır. Müqayisəyə bax. Ona görə də xalq bunlara inanmır. Bu status Lələ Təpəni azad edən mərd oğullarımıza təhqirdir. Eyni zamanda Aprel döyüşlərində həlak olan Şəhidlərimizə sayğısızlıqdır. Lənət olsun bunlara!”.

Niyaməddin Orduxanlı: “Dovşanşünasdır. Düşük...”.

Aynur Shakkerimova: “O vaxtı bu statusa yazdım ki, "sizin bu məntiqlə Lələtəpə Ermənistan ərazisidir, bizə məxsus ərazi deyil ki, ordu oranı zəbt edib?", yazımı silib məni də bloklamışdı. Amma bu yaxında profilini gördüm yenə, yəqin amnistiyaya düşmüşəm hansısa mitinq əvvəli”.

Beləliklə, bu kimi statuslar kifayət qədərdir və onların hər biri AXCP sədrinin müavini N.Məmmədlinin siyasi savadsızlığını, xəyanətkarlığını və s. mənfi cəhətlərini sərt şəkildə tənqid atəşinə tutublar. Ancaq təəssüf ki, bütün bunlardan sonra AXCP-nin ucuz məntiqi elə ucuz və cılız olaraq da qalmaqda davam edir. Əgər belədirsə, demək ki, onların daxillərində dövlət və xalq marağı olmayıb, yoxdur və olmayacaq da. Xalqdan təcrid olunmuşların isə cəmiyyətdə yeri yoxdur!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə