Amerikalı həmsədr bu gün Azərbaycana gələcək

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer bu gün Azərbaycana gələcək.

SİA-nın verdiyi məlumata görə, Minsk qrupunun Rusiya və Fransadan olan həmsədrləri İqor Popov və Stefan Viskonti isə fevralın 6-da Bakıda olacaqlar. Diplomatlar fevralın 7-də Azərbaycan rəsmiləri ilə görüşəcəklər.

Qeyd edək ki, Minsk qrupunun həmsədrləri fevralın 8-9-da Ermənistana səfər edəcəklər. Diplomatlar eyni zamanda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə də baş çəkəcəklər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...