Ərdoğan 484 terrorçunun məhv edildiyini bildirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatı ilə bağlı son məlumatları açıqlayıb.

SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan əməliyyatın 9 günü ərzində 484 terrorçunun məhv edildiyini bildirib: “Az öncə komandirlə danışdım. 484 terrorçu zərərsizləşdirilib. Bunlar hələ yaxşı günləridir. Daha ağır günlər yaşayacaqlar. İnşallah biraz sonra Burseya təpəsini də ələ keçirəcəyik. Əməliyyatlarda Türkiyə və Azad Suriya Ordusu ümumilikdə 20 şəhid verib”.

Türkiyə prezidenti sözlərinə əlavə edib ki, Afrində terroruçulara qarşı olan mübarizə İdlibdə də davam etdiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə