Əli Əhmədov: "Qida Təhlükəsizliyi Agentliyi artıq formalaşır"

Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumu tərəfindən icra olunan funksiyaları həyata keçirəcək. SİA-nın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov deyib. Baş nazirin müavini bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi artıq formalaşır: "Hazırda lazımi texniki-təşkilati işlər görülür. Vaxtilə bir neçə dövlət qurumu tərəfindən icra olunan funksiyalar Qida Təhlükəsizliyi Agentliyinə verilir". Ə.Əhmədov güman edir ki, bir neçə ay ərzində təşkilati işlər tamamlanacaq və Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətini birbaşa həyata keçirməyə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə