Azərbaycan ilə Samoa Müstəqil Dövləti arasında diplomatik əlaqələr yaradılıb

Nyu-Yorkda Azərbaycan Respublikası ilə Samoa Müstəqil Dövləti arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədə əsasən, diplomatik əlaqələrin yaradılması iki ölkə və xalq arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etmək niyyətindən irəli gəlir. Diplomatik münasibətlərin qurulmasında BMT Nizamnaməsi və beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və bir-birinin daxili işlərinə qarışmama prinsipləri rəhbər tutulur.

Birgə Kommünikeni hər iki ölkənin BMT yanında daimi nümayəndələri Yaşar Əliyev və Ali'ioaiga Feturi Elisaia imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə