YAP Sumqayıt şəhər təşkilatında görüş keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının yeni istifadəyə verilmiş inzibati binasında gənclər birliyinin idarə heyəti və fəal gənclərlə görüş keçirilmişdir. Görüşü YAP Sumqayıt şəhər təşkilatının gənclər birliyinin sədri Elvin Məmmədzadə açaraq, idarə heyətini, fəal gəncləri və görüşdə iştirak edən qonaqları salamlamış, qarşıda duran mühüm vəzifələr və yeni layihələrlə bağlı ətraflı məlumat vermişdir.

YAP Sumqayıt şəhər təşkilatı sədrinin gənclər ilə iş üzrə müavini Elmar Xəlilov çıxış edərək, gənclər birliyinin 2018-ci il üçün hazırlanmış iş planına uyğun tapşırıq və tövsiyyələrini vermiş, qarşıdan gələn prezident seçkilərində gənclərimizi daha da fəal olmağa çağırmışdır.

Daha sonra çıxış edən Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndəsi Ceyhun Məmmədov və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov gənclərimizin Cənab Prezidentimizə sadiqliyindən və dövlətimizin apardığı uğurlu siyasətdən geniş söhbət açmış, şəhərimizdə gedən irimiqyaslı tikinti-abadlıq və quruculuq işləri haqqında ətraflı məlumat vermişlər.

Görüşdə gənclər çıxış edərək, hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti daim dəstəkləyəcəklər və YAP-ın fəaliyyətində daha da aktiv olacaqlarını bildirmişlər.

Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə