Ermənistanda etiraz aksiyaları səngimir

Bu gün Ermənistan müxalifəti ölkədəki bahalaşma və sosial ədalətsizliyə qarşı etiraz aksiyası keçirəcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, aksiya parlamentdəki yeganə müxalifət bloku sayılan “Yelk” Çıxış partiyası tərəfindən təşkil olunacaq. “Xalq küçələrə çıxmasa, heç bir dəyişiklik olan deyil. Parlament meydanı özünü tükədib, mübarizəni küçədə davam etmək lazımdır” –deyə, aksiya təşkilatçıları bəyan edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə