Türkiyə səfirliyi: “20 Yanvar qətliamı əsla unudulmayacaq”

“Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda aparılan mübarizənin dönüş nöqtəsi olan 20 Yanvar qətliamı əsla unudulmayacaq”.

Türkiyənin Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumatda bildirilib ki, yanvarın 19-dan 20-nə keçən gecə Türkiyənin Azərbaycandakı səfirliyində, Naxçıvan və Gəncədəki baş konsulluqlarında və Bakıdakı Türk Şəhidliyində bayraqlar yarıya qədər endiriləcək.

“Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. 28 il əvvəl canlarını bu yolda fəda edən şəhidlərimizi rəhmətlə anırıq və bu acı gündə qardaş Azərbaycanın kədərini paylaşırıq”, - deyə açıqlamada bildirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə