“Ermənilər xristian faktorundan çoxdan istifadə edir” AÇIQLAMA

“Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinə dini don geydirməkdə ittiham etməsində erməni rəsmilərinin və siyasətçilərinin əsas məqsədi özlərinin bu istiqamətdəki siyasətlərini gizlətməkdir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, ermənilər xristian faktorundan çoxdan istifadə edirlər:

I. S.Sərkisyan prezidentliyə hazırlaşdığı dövrdən xristian faktorunu qabardıb. O, ABŞ-da olarkən Ermənistanı "şərqdə xristianlığın ən son qalası" adlandırdı.

II. Ermənistanı “xristianlığı qəbul edən ilk dövlət” kimi təqdim etmək indi dövlət siyasətidir və S.Sərkisyan onu ümummilli məsələyə çevirmək istəyir.

III. Dinilik mövzusunda beynəlxalq rəy sorğularının əksəriyyətinə görə Ermənistanda əhalinin 90-92 %-i dindardır. Bu III yerə müvafiqdir. Azərbaycan az dinləşmiş ölkələr sırasındadır.

IV. Ermənistan XİN və digər rəsmilər xarici mətbuata yazılar sifariş verdikdə Ermənistanın və Dağlıq Qarabağın xristian olmasını xüsusi qabardırlar.

V. Avropada mətbuatın böyük əksəriyyəti Ermənistan və Dağlıq Qarabağ məsələsi haqqında yazılarında xristian məsələsini qabartmağa həvəslidirlər.

VI. Erməni Apostol kilsəsi Azərbaycan ərazisində aparılan işğalçı müharibədə erməni tərəfinin bütün “hərbi qələbələrinə” mütəmadi dəstək bəyanatı yayır.

VII. Ermənistan diplomatlarının bütün ermənilərin katoloikosu II Qaregindən xeyir-dua alması ənənəyə çevrilir.

VIII. Bütün ermənilərin katoloikosu II Qaregin prezident S.Sərkisyanı hərbi hissələrə səfəri zamanı onu müşayiət edir.

IX. Aİ diplomatlarının əksəriyyəti də Ermənistanın qərəzli təbliğatının təsiri altına düşüblər.

Azərbaycanda yalnız son iki ildə Dağlıq Qarabağ tənzimlənməsi kontekstində İslam faktoruna diqqət artırılıb. Rəsmi Bakının bu addımı Ermənistanın Dağlıq Qarabağ münaqişəsini diniləşdirməsinə və dini siyasiləşdirməsinə cavab addımıdır.

Ermənistanın dini zəmində Azərbaycana qarşı hücumlarının qarşısını almaq üçün ən səmərəli vasitə bu məsələni Aİ qarşısında qaldırmaqdır. Aİ müvafiq komissiya yaratmaqla Ermənistanın, yoxsa Azərbaycanın dini faktordan çox istifadə etdiyini müəyyənləşdirə bilər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə