Türkiyədə fövqəladə vəziyyətin müddəti uzadılıb

Türkiyədə fövqəladə vəziyyət rejiminin müddəti daha 3 ay müddətinə uzadılıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, fövqəladə vəziyyət rejimi, yanvarın 19-dan etibarən daha 3 ay uzadılıb. Qərar "Rəsmi Qəzete"də dərc edilərək qüvvəyə minib.

Qeyd edək ki, fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də, hərbi çevrilişə cəhddən sonra tətbiq olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə