Elmar Məmmədyarovun erməni həmkarı ilə görüşü başlayıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarı Edvard Nalbandyanla görüşü başlayıb. SİA nın məlumatına görə, görüş Polşanın Krakov şəhərində keçirilir.

ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də görüşdə iştirak edir.

Qeyd edək ki, bundan əvvəl E.Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüş keçirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə