Partiya sədri Əli Kərimlini “siyasi fahişə” adlandırdı

Müsavatçı rəsmi sədri: “Unutmaq olmaz ki Əbülfəz Elçibəy Əli Kərimliyə İranın uşağı adını vermişdi”

“Yadınızdarısa, Hələ Taleh Bağırzadə məsələsində sübuta yetirilmişdi ki, Əli Kərimli müəyyən xarici ölkələrin kəşfiyyat orqanlarına nökərçilik edir”. Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AXCP sədri Əli Kərimli barədə üzə çıxan xəyanətkarlıq faktlarına münasibətini bildirərkən deyib. Müsavatçı rəsminin sözlərinə görə, bu adam tam mənada casus şəbəkəsinin aparıcı üzvüdür. Hətta iddia edirəm və sübut etməyə də hazıram ki, bunların adamları qonşu ölkədə gizli danışıqlar apararaq, ölkəmizdə sabitliyi pozmağa yönəlmiş planlar düzüb-qoşublar: “Həmin vaxtlar özləri də dolayısı ilə etiraf edirdilər ki, tapşırıqlar əsasında işləyirlər. Çox keçmədi, məlum Nardaran hadisələri baş verdi. Ona görə də hər zaman demişəm, Əli Kərimli stabil insan deyil, belə adamlara heç nədə etibar etmək olmaz”.

“Əli Kərimli Qərb verəndə Qərbin, Şərq verəndə Şərqin, Şimal da verəndə Şimalın qucağında özünü rahatlayır”

Hafiz Hacıyev Əli Kərimlinin daim siyasi fahişəliklə məşğul olduğunu deyib və bildirib ki, o kim lox pul verərsə, həmin dairələrin qucaqlarına atılır: “Yəni bu fərdlərə siyasətdə siyasi fahişə, siyasi pozğun deyirlər. Ümumiyyətlə, Əli Kərimliyə kim pul verirsə, onların qucağında oturur, özü də məmnuniyyətlə, məsələn, Qərb verəndə Qərbin, Şərq verəndə Şərqin, Şimal da verəndə Şimalın qucağında özünü rahatlayır”.

Müasir Müsavat Partiyasının sədri eyni zamanda bildirib ki, AXCP sədri barədə mütləq şəkildə ciddi ölçülər götürülməlidir. Çünki bu ünsürə imkan verilərsə daha böyük xəyanətlərə imza atacaq: “Sirr deyil ki, müxtəlif dövlətlərin Azərbaycanda müəyyən maraqları var və bu maraqları həyata keçirməkdən ötrü Əli Kərimli kimi adamlardan istifadə edirlər. Misal üçün, mənim də Azərbaycanda müxtəlif diplomatik nümayəndəliklərdə görüşlərim olur və həmin vaxtlar mənə elə təkliflər olunur, ancaq söz yox ki, Vətənimin, dövlətimiz maraqları mənim üçün hər şeydən yüksəkdədir. Əli Kərimli üçün isə bu amil mövcud deyil. İndi elə adamlar var ki, bütün yerlərə işləməklə özlərini satırlar”.

“Bu cür siyasi fahişələrin sonuna tezliklə çıxacağam”

“AXCP sədri onların-xəyanətkarların başında dayanır”-deyən müasir müsavatçı sədr xatırladıb ki, vaxtilə Əblfəz Elçibəy də yaxın çevrəsinə dəfələrlə deyib ki, “İranın uşaqları mənim ətrafımdadır”. SİTAT: “Ona görə də, Əli Kərimli gah fətullahçılara, gah da talehçilərə meyillənməkdədir. Onun üçün heç bir fərqi yoxdur ki, kimlərin altına yıxılırlar. Həta deyərdim ki, çox cidd əlaqələr quururlar. Bunların qarşısı alınmalıdır və mən qarşıma məqsəd qoymuşam ki, bu cür siyasi fahişələrin sonuna tezliklə çıxacağam”.

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...