TÜRKPA nümayəndə heyəti Tehran konfransına qatılıb

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransı İran İslam Respublikası Parlamentinin ev sahibliyində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində öz 13-cü Sessiyasının işinə başlayıb. SİA-nın xəbərinə görə, Baş katibAltınbek Mamayusupovun başçılıq etdiyi TÜRKPA nümayəndə heyəti Konfransda müşahidəçi qismində iştirak edib.

Həmçinin Konfransda TÜRKPA üzv dövlətləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan nümayəndə heyətləri də iştirak edib. Türkiyə Respublikası nümayəndə heyətinə Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri cənab İsmail Kahraman rəhbərlik edib.

Sessiya çərçivəsində Altınbek Mamayusupov İsmail Kahraman, eləcə də TÜRKPA üzv ölkələrinin nümayəndə heyətlərinin üzvləri və digər vəzifəlilərlə görüşüb.

2011-ci ildən TÜRKPA müşahidəçi qismində İƏT Pİ-nin Konfransları və müvafiq tədbirlərdə iştirak edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə