Ermənistanda taksi sürücüləri də ayağa qalxdı

İrəvanda taksi sürücələri tətil elan ediblər. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, paytaxtın cənub-qərb bölgəsində bir neçə marşrut xəttinə xidmət edən sürücülər yanvarın 16-da səhər işə gəlməyiblər. Onlar dizel yanacağının qiymətinin artmasına görə, gəlirlərinin azalmasından şikayət edirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə