"20 Yanvar faciəsi beynəlxalq hüquqi qiymətini almayıb" XİN

"20 Yanvar faciəsi hələ də beynəlxalq hüquqi qiymətini almayıb". SİA-nın verdiyi məlumata görə, bunu bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı keçirilən anım tədbirində deyib.

O bildirib ki, bu, Azərbaycana qarşı aparılan ikili standart siyasətinin tərkib hissəsidir: "Faciədən qısa müddət sonra Mixail Qarbaçova Nobel sülh mükafatı verildi. Hansı əməllərinə görə? Azərbaycan xarici siyasətinin əsas hədəfi 20 Yanvar faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması və beynəlxalq aləmdə həqiqi məlumatların yayılmasından ibarətdir. 20 Yanvar faciəsi 1988-ildə Ermənistanda başlayan etnik təmizləmə siyasətinin və Azərbaycan torpaqlarının işğalının tərkib hissəsidir. Sovet ordusu faciəni törədərkən Əfqanıstanda iştirak etmiş heyətdən və ermənilərdən istifadə edib. Onlar hücuma Əfqanıstan əməliyyatı kontekstində rəng verməyə çalışırdılar".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə