Sanskiyalara qarşı adekvat cavab veriləcək XİN

İran ABŞ-ın düşmənçilik hərəkətlərinə qarşı tədbirlər görəcəyini və müvafiq şəkildə cavab verəcəyini bəyan edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə İran XİN-nin saytında yerləşdirilən bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, Laricaninin (İran Məhkəmə Sisteminin rəhbəri, ayətullah Sadiq Amoli Laricani nəzərdə tutulur-red) sanksiyalar siyahısına daxil edilməsinə görə ABŞ-ın qanunsuz hərəkətləri beynəlxalq hüququn pozulmasıdır və şübhəsiz ki, İran buna ciddi reaksiya verəcək. Bundan başqa, bəyanatda vurğulanır ki, mövcud sanksiyalar siyahısına bir neçə iranlının əlavə edilməsi haqqında ABŞ-ın qərarı böyük İran xalqına qarşı davam edən düşmənçiliyin sübutudur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...