Trampın vəkili pornoaktrisaya 130 min dollar verib SƏBƏBİ

Donald Trampın vəkili Maykl Koen ABŞ prezidentinin keçmiş pornoaktrisa Srefani Kliffordla əlaqələrdə olması barədə mətbuata sızan iddiaları rədd edib. SİA “Rossiya 24” telekanalına istinadən xəbər verir ki, daha öncə “Wall Street Journal” nəşri növbəti iddiasında ABŞ prezidentinin vəkilinin pornoaktrisaya bu barədə önə sürülən iddialar qarşılığında susması üçün hələ seçkilərdən qabaq 130 min dollar rüşvət vermişdi.

Maraqlıdır ki, sözügedən iddialar ictimailəşərkən, susqun olan aktrisa, hazırda Trampla intim əlaqədə olması barədə səslənən fikirlərin “yalan” olduğunu deyir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə