Çexiyada prezident seçkilərinin ikinci günüdür

Bu gün Çexiyada prezident seçkilərinin ikinci günüdür. Seçki məntəqələri Bakı vaxtı ilə saat 10:00-dan açılıb və saat 16:00-a qədər fəaliyyət göstərəcək.

SİA Çexiya radiosuna istinadən xəbər verir ki, seçkilərin birinci günü seçki məntəqələrinə regionlar da daxil olmaqla, səsvermə hüquqları olan 30-50% insan gedərək səs verib.

Çüxiya vətəndaşlarına 9 namizəddən birini seçmək imkanı yaradılıb. Sorğuların nəticələrinə görə, dövlət başçısı postuna seçilməsi şansını əsas olaraq hazırkı prezident Miloş Zeman və Çexiyanın Emlər Akademiyasının sabiq rəhbəri İrji Draqoş əldə edib.

Qeyd edək ki, Zeman antimüsəlman baxışları ilə seçilən siyasilərdəndir və o daha öncələr çıxışlarında bildirmişdi ki, 2015-ci ildən başlamış mühacirət böhranı xüsusi olaraq, planlı şəkildə təşkil edilib və Avropanı ələ keçirmək məqsədi daşıyır. O hesab edir ki, müsəlmanlar Avropaya inteqrasiya edə bilməzlər. Zeman Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların da aradan qaldırılması tələbləri ilə yadda qalıb.

Digər namizəd Draqoş isə Aİ ilə əməkdaşlığın və Rusiyaya, eləcə də digər ölkələrə qarşı sanksiyaların tətbiq olunmasını dəstəkləyir. O, Praqanın Aİ-də aktiv fəaliyyətinin tərəfdarı olması ilə yanaşı, Çexiyada avronun valyuta kimi işə salınmasının vacibliyini deyir.

Əgər namizədlərdən biri səslərin mümkün çoxluğunu qazanmasa, 26 və 27 yanvar tarixində seçkilərin ikinci turu keçiriləcək.

Ümumxalq prezident seçkiləri bu ölkədə ikinci dəfə keçirilir. Belə ki, 2013-ü ildə respublikanın rəhbəri ölkə parlamentinin hər iki palatasından seçilirdi. 2013-cü ildə keçirilən seçkilərin ikinci turunda Çexiyanın prezidenti Miloş Zeman 54,8 % səs toplayaraq ölkə rəhbəri postuna yiyələnmişdi. Çexiyada seçkilər hər 5 ildən bir keçirilir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə