Aşot Qriqoryan: "Sarkisyan alçaqlıq etsə..."

"Əgər Serj Sarkisyan apreldə baş nazir olmaqla bağlı qərar qəbul etsə, o insanların səbr kasasını daşırmış olacaq". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirləri Avropa Erməni Assosiasiyaları Forumunun (FAAE) rəhbəri Aşot Qriqoryan deyib.

Onun sözlərinə görə, Ermənistanda vəziyyət "partladıcı"dır: "İstənilən vaxt partlayış ola bilər. Əgər Sarkisyan baş nazir olmaqla bağlı alçaq qərar qəbul edərsə, o zaman bu Ermənistanda xoşagəlməz hadisələrə gətirib çıxaracaq".

"Üsyanın baş verməsi gözləniləndir əgər bu baş versə, o zaman hökümət və Serj Sarkisyan danışıqlar aparıb, problemlədən çıxış yolu tapmalıdır. Qan tökülməsinə imkan vermək olmaz. Bu günədək hakimiyyət qanunsuz və cinayət üsulları ilə bütün üsyanları boğub. Buxarın səviyyəsi, təzyiq gücü artır, partlayış olacaq. Əgər Sarkisyan bunu başa düşmürsə, o zaman onun terror etmək hüququ yoxdur. Vəziyyət gözlənilməz hala çata bilər. Dövlət terroru dəhşətlidir. Bizim Forum qan tökülməsinə imkan verə bilməz. Lakin bu o demək deyil ki, hakimiyyət insanlara təzyiq etməli, münaqişələrə yol açmalıdır. Belə davam etsə, insanlar özlərini itirəcək, qorxu tükənəcək. Qorxu tükəndiyi halda, insanlardan hər şey gözləmək mümkündür. Burada ilk növbədə Sarkisyanın ailəsi təhlükə altına düşəcək. Dünyada bununla bağlı kifayət qədər nümunə var"- deyə Aşot Qriqoryan əlavə edib.

"Mən Sarkisyanı öz addımlarını düzgün hesablama çağırıram. Əgər o, Ermənistan xalqını aldatmağa cəhd etsə, onu dəhşətli nəticələr gözləyəcək. Sarkisyan özünü baş nazir, ermənilərin nifrət bəslədiyi Edik Nalbadyanın prezident seçilməsinə imkan verməklə son alçaq addımını atarsa, gözlənilməz nəticələr ola bilər. Hesab edirəm ki, Ermənistanda gərginlik mart-aprel ayında kuliminasiya nöqtəsinə çatacaq. Sarkisyan bunu nəzərə almalıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə