Sarkisyan təcili toplantı keçirtdi

İşğalçı rejmin cinayətkar prezidenti Serj Sarkisyan üçün 2018-ci il analitiklərin də proqnozlaşdırdığı kimi gərgin başladı. Bu günlərdə düşmən ölkədə gündəlik təlabat mallarında müşahidə olunan bahalaşma, benzinin qiymətinin artacağı ilə bağlı gözləntilər İrəvanda siyasi vəziyyəti daha da çətinləşdirib. Hətta vəziyyət o həddə çatıb ki, Sarkisyan təcili toplantı çağırıb ermənilərə “xeyirxah” görünməyə çalışıb. Serjin təcili toplantısının erməniləri iqtisadi böhrandan qurtara bilməyəcəyi dəqiqdir. Bunu erməni iqtisatçıları da etiraf edir. Hazırda dövlət borcu 5 milyard dolları ötən, qonşusunun ərazisini işğal edən Ermənistanı bu gün düşdüyü ağır durumdan çıxarmaq mümkünmsüz görünür. Əslində İrəvandakı mövcud rejim də yaxşı bilir ki, ən ciddi problem məhz blokada vəziyyətinə salınmasıdır.

Başqa sözlə desək Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasəti bu ölkənin iqtisadi problemlərinin önündə dayanır. Siyasi mənzərə o qədər aydın görünür ki, “miatsum” anlayışı ilə yaşayan ermənilər də reallığı etiraf edir. Bəli “miatsum” xülyası gerçəkləşmədi və çətin indən sonra da alına. Hakimiyyətdə olan Ermənistanın “Yelk” bloku xalqı etirazlara səsləyib. Sarkisyan rejiminə yeni zərbə yanvarın 19-a planlaşdırılıb. Yaranan vəziyyət həqiqətən Serjikin rəqibləri üçün unikal şansıdır. Nəzərə alsaq ki, Ermənistan prezidenti aprel ayında parlament üsul-idarəsinə keçir və beləliklə öz hakimiyyətinin ömrünü uzatmağa çalışır, bahalaşma İrəvandakı rejimi taxtdan devirmək üçün əla imkan ola bilər. Siyasi analitiklər Sarkisyanın hakimiyyətdə qalması üçün Dağlıq Qarabağ məsələsinin həll edilməsinin birinci şərt olduğu qənaətindədirlər. Irəvandakı siyasi böhranı şərh edən Rusiya hakimiyyətinə yaxınlığı ilə bilinən politoloq Sergey Markov Qarabağ problemi nizamlanmadan Ermənistanda iqtisadi gerilməninin aradan qaldırılacağı ilə bağlı fikirlərin yersiz oduğunu düşünür. Markovun fikrincə Ermənistan rəhbərliyinə blokadadan çıxmağın asan yolu göstərilib. Bənzər fikirlər digər siyasətşünas Aleksey Fenenko tərəfindən də səsləndirilib. Görünən odur ki, Serj Sarkisyan üçün çəmbər tam daralıb. İşğal olunan torpaqları sahibinə qaytarmaqla Sarkisyan ən azı sadə ermənilərin əlini çörəyə çatdıracaq ki, bu da Serjə Ermənistana nəzarət imkanı verir.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə