Ali Baş Komandanın tapşırıqları Ordunun şəxsi heyətinə çatdırılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının nitqi Azərbaycan Ordusunun şəxsi heyətinin böyük marağına və vətənpərvərlik ruhunun daha da yüksəlməsinə səbəb olub. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən ictimai-siyasi hazırlıq dərsləri çərçivəsində şəxsi heyətin diqqətinə bu iclasda Azərbaycanın ötən ildə əldə etdiyi nailiyyətlər, ölkəmizin uğurlu inkişafı, qarşıda duran vəzifələr barədə səsləndirilən fikirlər, xüsusən də Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar şəxsi heyətin diqqətinə çatdırılır.

Keçirilən tədbirlərdə vurğulanıb ki, dövlətimizin başçısının düşmənlərimizə, Ermənistanın havadarlarına, dövlətimizə qarşı çıxan qüvvələrə kəskin mesaj olan nitqi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olan Azərbaycan əsgərinin döyüş ruhunu, torpaqları işğaldan azad etmək əzmini daha da artırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə