Ermənistanı forumda baş nazir təmsil edəcək

İsveçrədə keçiriləcək "Davos" iqtisadi forumunda Ermənistanı ilk dəfə olaraq prezident yox, baş nazir təmsil edəcək.

SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, forum yanvarın 22-də başlayacaq. Ermənistanı baş nazir Karen Karapetyan təmsil edəcək.

Hələlik Sarkisyanın hansı səbəbdən foruma qatılmayacağı açıqlanmayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə