XİN rəhbərləri arasında telefon danışığı olub

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı keçirilib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, telefon söhbəti Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Məlumata əsasən, nazirlər Suriyanın İdlib vilayətindəki son vəziyyəti müzakirə ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə