"Rusiya İtaliyanın DQ-nın həlli prosesindəki səylərini dəskləyəcək" MÖVQE

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in İtaliya sədrliyinin səylərini dəstəkləyəcək. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in Daimi Şurasının iclasında Rusiya Federasiyasının Daimi Nümayəndəsi Aleksandr Lukaşeviç ATƏT-in fəaliyyətdə olan sədri Angelino Alfanonun Vyanadakı bəyanatına cavab olaraq bildirib.

“Tərəfli əməkdaşlıq əvəzinə, biz ikili standartları görür, fərdi millətlərin və ölkələrin müstəsnalığı ilə bağlı bəyanatları eşidirik. Bütün bunlar münaqişlərin həllinə imkan vermir, əksinə problemlərin və münaqişələrin yaranmasına yol açır, terrorizm, miqrasiya, narkotik və insan alveri və mütəşəkkil cinayətkarlıq qarşısında bizi daha da zəiflədir”- deyə, Lukaşeviç qeyd edib.

O əlavə edib ki, Moskva ATƏT-in regional münaqişələrin həlli istiqamətində səylərini davam etdirmək üçün niyyətini dəstəkləyir.

Məlumat üçün nəzərinizə çatdıraq ki, İtaliyanın XİN rəhbəri Angelino Alfanonu açıqlamasında bildirib ki, ABŞ ATƏT-ə sədrlik edən İtaliyanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması üçün Minsk qrupunun səylərinə dəstək verməyə çağırıb.

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması üçün sizi şəxsi nümayəndəniz və Minsk qrupunun səylərini dəstəkləməyə çağırırıq”, - deyə bəyanatda qeyd edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...