Əhəd Əliyevə Prezidentin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev Əhəd Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, Sərəncamda qeyd edilir ki, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Əhəd Əliağa oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə