Natali Qule: "Mogerini Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmalıdır"

“Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha da maraqlı olmalıdır”. SİA-nın məlumatına görə, bunu Aİ-nin ilk dəfə "Şərq Tərəfdaşlığı"nın bütün ölkələrinin ərazi bütövlüyünün onların beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəklənməsi üzrə öhdəliklərinə sadiqliyini təsdiq edən "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə qətnaməsi"ni şərh edən Fransa Senatının Xarici işlər komitəsinin sədr müavini, senator Natali Qule deyib.

N.Qule qeyd edib ki, nəhayət, Aİ "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyünü dəstəkləyən bəyanat verdi.

Senator əlavə edib ki, indi bu bəyanatın konkretləşdirilməsini gözləmək qalır: "Mən fəaliyyətə üstünlük verirəm. Hesab edirəm ki, parlament diplomatiyası əsas alətdir. Biz Avropa Parlamenti ilə və bu məsələyə cəlb olunmuş və məlumatlı parlamentarilərlə birgə işləməliyik". (trend)

Bütün xəbərlər Facebook səhifəmizdə