Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci il dönümünə həsr olunmuş tədbirlər sırasında yer alan debat turnirləri YAP Gənclər Birliyi və DVC-nin birgə təşkilatçılığıyla həyata keçirilir. SİA-nın verdiyi məlumata görə, belə ki, dekabr ayının ilk həftəsində YAP Gənclər Birliyinin Bakı şəhəri üzrə müxtəlif nümayəndəliklərinə üzv olan gənclərə debat təlimləri keçirilib, komandalar formalaşdırılıb.

Məşq prosesində fəal iştirak edən debatçı gənclər dekabrın 16 və 17-i keçirilmiş qrup və play-off mərhələsində iştirak edərək “Qarabağ MDB məkanında ən böyük münaqişə ocağıdır” mövzusunda debatlar aparıblar. Dekabrın 22-i tədbirin final, bağlanış və mükafatlandırma mərasiminin baş tutması planlaşdırılıb. Həmçinin bağlanış mərasimində YAP GB və DVC təşkilatı arasında memorandumun imzalanması da nəzərdə tutulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə