Lavrov: “Üç ölkənin Suriya məsələsinə xüsusi yanaşması var”

İran, Rusiya və Türkiyə energetika sahəsində əməkdaşlıqlarını genişləndirəcəklər.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, ABŞ-ın təxribat yönümlü fəaliyyətinə baxmayaraq Tehran, Moskva və Ankara arasında əməkdaşlıq daha da inkişaf edəcək.

Nazir həmçinin əlavə edib ki, İran, Rusiya, Türkiyə Suriyada terorrizmlə necə mübarizə aparmağı bilir və onlar bu sahədə konsensus əldə ediblər: “Bundan başqa, Moskva, Tehran və Ankaranın Suriya məsələsinə xüsusi yanaşması var”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə