FHN əməkdaşları peşə bayramlarını qeyd edir

Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşları peşə bayramlarını qeyd edirlər.

SİA-nın verdiyi məlumata görə, FHN Azərbaycan Respublikasının fövqəladə hallar sahəsində fəaliyyət göstərən qurumudur. Hazırda Nazirliyə Kəmaləddin Heydərov rəhbərlik edir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış FHN ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə