Bu gün Milli Məclisin Plenar iclasında 25 qanuna dəyişiklik layihəsi səsə qoyulub. SİA-nınməlumatına görə, bunlar "Rəsmi statistika haqqında", "Həmkarlar ittifaqları haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında, "Meliorasiya və irriqasiya haqqında", "Toxumçuluq haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Yol hərəkəti haqqında", "İstehsalat və məişət tullantıları haqqında", "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında", "Heyvanlar aləmi haqqında", "Polis haqqında", "Prokurorluq haqqında", "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Taxıl haqqında", "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında", "Məşğulluq haqqında", "İcra haqqında", "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə", "Televiziya və radio yayımı haqqında", "Lotereyalar haqqında" və "Uşaqların icbari dispanserizasiyası haqqında" qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutan layihələrdir. Hər bir dəyişiklik layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib. Qeyd edək ki, bu dəyişikliklər İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi daşıyır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə