“Magistrlər qrant layihələrinə cəlb olunurlar”

"AMEA-da bütün magistrlər işlə təmin olunur". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın gənc alimlərinin I qurultayında AMEA-nın prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, magistrlər eyni zamanda qrant layihələrinə cəlb olunurlar: "Akademiyada çalışan magistrlar müasir cihazlarla təchiz olunan laboratoriyalarla yanaşı, xaricdə də beynəlxalq təcrübə keçirlər".

A.Əlizadə bildirib ki, hazırda akademiyada magistratura təhsilinin müasir səviyyədə qurulması və magistrantların peşəkar mütəxəssis kimi yetişmələri üçün daha yaxşı şərait yaratmağa çalışırlar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə