"Parlament Silahlı Qüvvələrə nəzarət etsin" TƏKLİF

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Azərbaycan Silahlı Qüvvələri üzərində nəzarəti təklif edilib. SİA-nın məlumatına görə, yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa bildirib ki, yeni sənədin 15-ci (Silahlı Qüvvələrin fəaliyyətinə nəzarət) maddəsində bununla bağlı əlavələr edilməlidir.

Deputat Qüdrət Həsənquliyev də bu təklifi dəstəkləyib. O qeyd edib ki, maddəyə bununla bağlı əlavə bənd salınsın.

Deputatlar bu halın dünya praktikasında mövcud olduğunu xatırladıblar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə