"Bu, Rusiyanın Ermənistanı işğal etdiyini subut edən növbəti faktdır"

Ermənistanda yenə ara qarışıb. Buna səbəb adət etdiyimiz siyasi aksiyalar yox, hökumətin böyük bir layihəni həyata keçirə bilməməsi ilə bağlıdır. SİA Ermənistan mətbuatına istinad edib İrəvan-Gorus-Mehri-İran yolunun tikintisi ətrafında baş verənləri oxucuların diqqətinə çatdırır.

Ermənistanın siyasi dairələri, hökumət üzvləri və hüquq müdafiəçilərini bir araya toplayan, onları Sarkisyan iqtidarı ilə qarşı-qaşıya qoyan faktın ölkənin Rusiya tərəfindən işğal edildiyini sübuta yetirməklə yanaşı bu vəziyyətdən çıxış yolları axtarmağı da qarşıya məqsəd qoyur. Məsələ burasındadır ki, Ermənistanın aidiyyəti dövlət qurumları İrəvan-Gorus-Mehri-İran magistral yolunun yenidən qurulması çərçivəsində Araz çayının 40 metrlik hissəsindəki yolun təhlükəli, uçmuş hissəsində işlərapararkən Ermənistanın cənub sərhədlərini qoruyan Rusiya sərhəd qoşunlarının 2393 saylı hərbi hissəsi buna icazə verməyib və tikinti aparanlar ərazidən uzaqlaşdırılıb. Səbəb də bu göstərilib ki, təmir aparılacaq ərazi İran İslam Respublikası ilə sərhəddin 0 nöqtəsidir və bura da nəzarəti Rusiya sərhədçiləri həyata keçirir.

Erməni siyasətçiləri və hüquq müdafiəçiləri bunu Rusiyanın Ermənistanı işğal etməsi kimi qiymətləndirib və hökumətdən izahat tələb ediblər. Hüquq müdafiəçisi Artur Sakunç hadisəni "işğal faktının daha bir sübutu" adlandırıb. Bildirib ki, 30 sentyabr 1992-ci ildə Ermənistanla Rusiya arasında imzalanan müqavilə ölkə sərhədlərinin rus sərhədçiləri tərəfindən qorunmasını özündə etiva edir. Amma həmin müqavilədə yazılmayıb ki, Ermənistanın daxilində, lap sərhəd zonasında tikinti işləri aparmaq üçün Rusiya tərəfindən icazə alınmalıdır. Bu hadisə isə Rusiya tərəfinin həmin müqaviləni birtərəfli qaydada pozulması deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə