ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə ötən gün keçirdiyi mətbuat konfransında ABŞ-ın iqtisadi uğurlarını tanıdığı üçün təşəkkürünü bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin mətbuat katibi Sara Sandersin yaydığı bəyanatında qeyd olunub.

"ABŞ dövlət başçısı ölkəsinin iqtisadi uğurlarının Rusiya tərəfindən tanındığı üçün həmkarı Putinə təşəkkür edib" - deyə, Sanders açıqlayıb. Lakin Sara konkret hansı fikrə görə təşəkkür edildiyini açıqlamayıb.

Qeyd edək ki, ötən gün mətbuat konfransı keçirən Rusiya dövlət başçısı Vladimir Putin bildirdi ki, Trampın az müddətlik hakimiyyəti dövründə ciddi nailiyyətləri görmək mümkündür. Putin çıxışında investorların Amerika iqtisadiyyatına güvənməsindən də söz açıb.

Xatırladaq ki, cümə axşamı günü hər iki ölkə Lideri arasında telefon danışığı olub. Tərəflər ABŞ-Rusiya əlaqələri müzakirə etməklə yanaşı, diqqəti Koreya yarımadası na xüsusi diqqət ayırıblar.

Mətbuat katibinin sözlərinə görə, liderlər telefon danışığı zamanı Şimali Koreya ilə bağlı vəziyyəti həll etmək üçün birlikdə iş görmək haqqında fikir mübadiləsi aparıblar.

Kremlin mətbuat xidmətinin açıqladığı məlumata görə isə Trapm və Putin arasınbda telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib və əlaqələrin davam etdirilməsi razılaşdırılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə