Putin: "Saakaşvili həm Gürcüstan, həm də Ukrayna xalqı üçün ləkədir"

Rusiya dövlət başçısı Vladimir Putin sabiq prezident Mixail Saakaşvilinin hərəkətləri ilə bağlı fikirlərini bildirib. SİA-nın Rusiya mıtbuatına istinadən verdiyi xəbərə görə, dövlət başçısı bu gün keçirdiyi mətbuat konfransında Saakaşvili həm Gürcüstan, həm də Ukrayna xalqı üçün ləkədir.

"Əvvəllər Gürcüstanın dövlət başçısı olan Saakaşvili indi də Ukraynada meydanlarda bütün dünyaya qışqıraraq ukraynalıyam deyirəm. Siz buna necə dözürsünüz? Məgər Ukraynada əsil ukraynalı yoxdur? Ukrayna da buna dözüm göstərir. Hazırki vəziyyət məni çox narahat edir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə