Deputat: "Ermənistanın vəziyyəti daha da ağırlaşacaq" AÇIQLAMA

"Ermənilərin nə deməsindən asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan tərəfi xüsusilə də Ölkəmizin başçısı Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizin ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyək: "Bu baxımdan da əgər danışıqlar prosesində irəliləyiş olmasa, sülhün alternativi ən azı, qarşısıalınmaz silahlanma yarışı, təmas xəttində mütəmadi insidentlər olacaq. Bu isə o deməkdir ki, Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirərsə özü üçün problem yaradacaq".

E. Məmmədov qeyd edib ki, hazırda Ermənistan dərin böhran içərisindədir: "Münaqişə davam edərsə, Ermənistanın vəziyyəti daha da ağırlaşacaq. Üstəlik, Azərbaycan öz gücünə ərazi bütövlüyünü təmin etmək hüququndan istifadə edəcək. Bu mövqe dövlətimiz tərəfindən dəfələrlə bəyan olunub".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə