Radikalizm və ekstremizmə həsr olunmuş tədbir keçirilib

Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminar-müşavirə keçirilib. SİA-nın verdiyi məlumata görə, seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Nizami Rayon İcra Hakimiyyətinin rəsmiləri, Baş Prokurorluq, Daxili İşlər və Ədliyyə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidmətinin Nizami, Xətai, Binəqədi rayon strukturlarının rəhbərləri, din xadimləri, dini icma sədrləri, gənclər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsidir.

Tədbirdə, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə