Deputat: “Buna səbəb aprel döyüşləri olub”

“Bu il Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz olaraq gedən əcnəbi turistlərin sayı 40 faiz artaraq 20 min nəfər olub. Dağlıq Qarabağdakı qondarma rejim belə bir statistika açıqlayaraq onu da vurğulayır ki, burada Ermənistandan gələn "hay"lar nəzərə alınmır”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında millət vəkili Sahib Aliyev deyib.

Onun sözlərinə görə, Ermənistandan gələn "hay"lar nəzərə alınmaya bilər: “Ancaq bu 20 minin əksəriyyətinin "hay" əsilli olduqları şübhəsizdir. Təbliğat məqsədi ilə bu deyilmir. Ancaq mənim diqqətimi burada çəkən başqa məsələ oldu. Qondarma rejimdən o da bildirilir ki, ötən il Dağlıq Qarabağa gedən əcnəbilərin sayı 2015-ci ildəkindən 15 faiz az imiş. Buna da səbəb aprel döyüşləri olub. Bax biz özəlliklə buna diqqət yetirməliyik. Əcnəbilərin işğal altındakı torpaqlarda daha çox hansı yerlərə baş çəkdikləri dəqiq təsbit olunmalı və elə edilməlidir ki, ora getmək istəyənlər bunun təkcə qanunsuz deyil, həm də təhlükəli olduğunu anlasınlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə