İƏT-in toplantısının nəticəsi ilə bağlı mətbuat konfransı

Türkiyə Respublikasının təşəbbüsü ilə dekabrın 13-də İstanbulda baş tutan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə Zirvə toplantısının nəticələri ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğan, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif Əl-Osaymin və Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas birgə mətbuat konfransı keçiriblər.

Mətbuat konfransında İƏT Zirvə toplantısının nəticələri və qarşıda duran vəzifələr barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, ABŞ tərəfinin Qüdsün İsrailin paytaxtı kimi tanınması ədalətsizdir və beynəlxalq hüquqa ziddir.

Bütün xəbərlər Facebook səhifəmizdə