Qüdslə bağlı sammitin yekun BƏYANNAMƏSİ

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə toplantısında yekun Bəyannamə qəbul edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bəyannaməyə əsasən, İslam Əməkdaşlıq Təşkilatı Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir, dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır: “ABŞ qanunsuz qərarından geri çəkilməzsə, yaşananlara görə məsuliyyət daşıyacaq. ABŞ-ın qərarı Fələstin xalqının hüquqlarının tapdalanmasıdır. Bu ölkə İsrail-Fələstin münaqişəsində vasitəçi rolundan çəkilməlidir".

Sənəddə BMT Təhlükəsizlik Şurasınən Qüdsün statusunu müəyyənləşdirən qərar üzərində işləməməsinin vacibliyi də qeyd olunur.

Məlumat üçün nəzərinizə çatdıraq ki, bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə sammiti keçirilib. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə