"Qüds Fələstinin paytaxtı olmayacağı təqdirdə sülh və sabitlik olmayacaq"

Fələstinin dövlət başçısı Mahmud Abbas İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə sammitinə qatılıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dövlət başçısı bildirib ki, bütün dünya Fələstinin işğal altında olmasını tanımalıdır.

M. Abbas zirvə toplantısında etdiyi çıxışında söyləyib ki, ABŞ və İsrail Fələstin ilə sülh prosesindəki vasitəçi rolunu itirib: "Fələstin ABŞ-ın gələcəkdə siyasi sülh prosesində iştirak etməsinə asla və əsla icazə verməyəcək".

"Artıq bütün gücümüzlə Fələstinin dövlət olaraq işğal altında olduğunu dünyaya tanıtmalıyıq. Qüds Fələstinin paytaxtı olmayacağı təqdirdə sülh və sabitlik olmayacaq"- deyə, dövlət başçısı əlavə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə