İstanbulda Qüdslə bağlı toplantı keçirilir

Bu gün Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda fövqəladə toplantısı keçirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tədbirə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da qatılıb.

Daha sonra üzv ölkələrin dövlət başçılarının görüşü keçiriləcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə Zirvə toplantısında iştirak etmək üçün dekabrın 12-də Türkiyəyə işgüzar səfərə gedib.

Bütün xəbərlər Facebook səhifəmizdə