Xəzərin taleyi 2018-ci ilin yazında həll olunacaq

Xəzər dənizinin hüquqi statusuna dair konvensiya layihəsinin nəzərdən keçiriləcəyi Xəzəryanı ölkələrin rəhbərlərinin sammiti 2018-ci ilin yazında Astanada keçiriləcək. SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin Xəzər dənizi regionu ölkələri ilə humanitar və iqtisadi məsələlərə dair əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov bildirib.

Onun sözlərinə görə, hazırda məsələ XİN xətti üzrə razılaşdırılır.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Xİn başçısı Sergey Lavrov Xəzərin hüquqi statusuna dair konvensiya üzərində işin demək olar ki başa çatdığını, layihənin gələn ilin birinci yarısında Xəzəryanı ölkələrin rəhbərlərinin Qazaxıstanda planlaşdırılan görüşündə razılaşdırılacağını bildirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə