Ermənistanda axtarışda olan cinayətkarın orduda xidmət etdiyi müəyyənləşib

Ermənistan ordusu tərəfindən işğal olunmuş Madagiz yaşayış məntəqəsində düşmən ordusunun hərbi hissələrindən birində qulluq edən hərbçi məzuniyyətdə olarkən polis tərəfindən həbs edilib.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, hərbi hissə komandiri tərəfindən məzuniyyətə göndərilən, ikinci taborun hərbi qulluqçusu Rafael Barsamyan Yerevanda həbs olunub. Məlum olub ki, R.Barsamyan hərbi xidmətə çağırılmamışdan əvvəl törətdiyi cinayətə görə polis tərəfindən axtarışda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə